Seçicilərindən etiraz: “Hadi Rəcəblinin öz seçiciləri,dövlət üçün gördüyü işlər göz qabağındadır…”

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin Lənkəran rayonunun Aşağı- Nüvədi qəsəbəsində yaşayan bir qurup seçicisi tərəfindən məktub göndərilib.
Etikxeber.az məktubu olduğu kimi, təqdim edir:
“Hörmətli redaksiya!
Son günlər hörmətli millət vəkilimiz Hadi Rəcəbli barəsində böhtan xarakterli, heç bir reallığa sığmayan yazılar dərc olunur. Artıq biz seçicilərin əsəbləri tarıma çəkilib.
Hadi müəllimi xalq seçib. Özü də bir yox, bir neçə çağırış. Üzümüzü bu saxtakarlara, bu böhtançılara, xarici kəşfiyyata işləyib dövlətdə xaos yaratmaq üçün xalqı qızışdıran şərəfsizlərə tutub deyirik, son qoyun bu böhtanlara, onun-bunun sifarişi ilə camaatı qızışdırmağa. Onsuz da heç kim sizlərə inanmır. Hadi Rəcəblinin öz seçiciləri üçün, dövlət üçün gördüyü işlər göz qabağındadır. İllərlə xalq üçün çəkdiyi zəhmət hamıya məlumdur. Biz hamımız ondan razıyıq. Onun sayəsində bir neçə kəndin aztəminatli ailələri evlərinə hər gün çörək pulu aparır.
Biz, Lənkəran rayonunun Aşağı- Nüvədi qəsəbə sakinləri  Əliyev Səxavət, Rzayev Asif, Mirzəyeva Şairə, Əliyev Elman, Fərəcov Səadət və başqaları şəxsən bəyan edirik ki, Hadi müəllim və onun ailəsi barədə böhtan yazanlar əgər doğrudan da mövcuddurlarsa, bizimlə əlaqə saxlasınlar, görüşsünlər. Əminəm ki, heç kimdən səs-soraq çıxmayacaq. Çünki həmin adamlar real deyil. Real olan bizim kimi qorxmadan adını yazıb öz deputatını istəyənlərdir”.
Etikxeber.az

Read Previous

Bəzi çaylarda sululuq artıb – Nazirlik

Read Next

“İtaliya gələn il əlindən gələni edəcək ki…” – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir