Seçicisinin yanında olmaq…-KAMİL HƏMZƏOĞLU YAZDI

Bu gün millət vəkili Nəsib Məhəməliyevin yubiley doğum günüdür…

Nə az-nə çox, bu gün onun düz 60 yaş tamam olur…

Düzünü deyim ki, nə yersiz tərif yazmağı, nə də aşırı tənqid etməyi sevirəm, sevmişəm…

Hər zaman bunlardan uzaq olmağa çalışmışam və məni tanıyanlar da yaxşı bilir bunu, bu xasiyyətimi…

Qeyri-səmimilik, boğazdan yuxarı sözlər, aşırı tərif və aşırı tənqid mənə yaddır, məndən uzaqdır…

Amma elə insanlar, elə məqamlar olur, var ki, onlar haqqında mütləq yazmalı olursan, səmimi fikirlərini bildirməyə ehtiyac duyursan…

Tam səmimiyyətimlə deyim ki, 26 illik parlament müxbirliyim dövründə Milli Məclisdə ən az ünsiyyətdə olduğum millət vəkillərindən biri də məhz Nəsib müəllimdir…

Bir-iki dəfə istisna olmaqla, ötən 6 ildə (Nəsib müəllimin deputatlıq dövrünü nəzərdə tuturam) onunla nə üz-üzə gəlmişəm, nə qarşılaşmışam, nə salamlaşmışam, nə müsahibə, nə də açıqlama almışam…

Sadəcə, bir neçə dəfə parlamentdəki çıxışlarından bəzi məqamları və sosial şəbəkədəki paylaşımlarından bir neçəsini saytımda işıqlandırmışam…

Ancaq onu bilmişəm, eşitmişəm ki, Nəsib müəllim hər zaman seçicilərinin yanında olan millət vəkillərindəndir…

Bunu bu yaxınlarda Balakənə səfərim zamanı bir daha əyani şəkildə görmüşəm, gördüm də…

Tam mübaliğəsiz deyə bilərəm ki, Nəsib müəllim hər zaman seçicilərinin yanında olan, onların qayğılarını, istəklərini, problemlərini sonacan dinləyən, onların həlli istiqamətində sonacan çalışan deputatlardandır…

Demək olar ki, hər bir seçicisi ilə ayrıca, fərdi şəkildə maraqlanır, onların istənilən problemlərinin (hətta səlahiyyətləri daxilində olmayanları belə) həllinə çalışır və həllinə də nail olur…

Seçicilərinə istər mənəvi, istərsə də maddi mənada-imkanı çatan dərəcədə-kömək göstərir, əl tutur, yardım əlini uzadır…

Kimsəni ümidsiz, köməksiz buraxmır, yola salmır…

Bir daha qeyd edirəm ki, bu dediklərimin özüm canlı şahidi olmuşam…

Bəli, millət vəkilinin elə ən böyük üstünlüyü, ən böyük uğuru da budur…

Seçicisinin yanında olmaq, onun problemləri, qayğıları ilə yaşamaq, nəfəs almaq, onların həllinə nail olmaq…

Nəsib müəllimin üstünlüyü də, uğuru da elə məhz bundadır…

Doğum, yubiley günündə nə arzulamaq olar…

Təbii ki, uğurlar, müvəffəqqiyyətlər, can sağlığı, uzun ömür…

Mən də şəxsən öz adımdan Nəsib müəllimi yubley doğum günü münasibəti ilə səmimi qəlbən təbrik edir, ona fəaliyyətində, işlərində, xüsusilə, ölkəmiz, dövlətimiz üçün çox həsas və məsuliyyətli olan bir dönəmdə növbəti uğurlar, müvəffəqiyyətlər, nailiyyətlər arzulayıram…

Doğum gününüz, yubileyiniz mübarək olsun, Nəsib müəllim!

***

Məhəməliyev Nəsib Məhəmməd oğlu 11 fevral 1961-ci ildə Balakən rayonunda anadan olub.

1982-1987-ci illərdə Kuybşev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun Dəmiryol nəqliyyatında “Daşınma prosesinin idarə olunması” ixtisası üzrə, 1991-1995-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “hüquqşünaslıq” ixtisası üzrə bitirib.

2000-2006-cı illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2015-ci illərdə isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

2015-ci ildən Balakəni və Balakənliləri parlamentdə təmsil edir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bərdə məhkəməsinin iclas katibi-HƏBS EDİLDİ – RƏSMİ

Read Next

Yaz sessiyasının ikinci plenar iclasında 15 məsələ müzakirə olunacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir