“Seçim İlham Əliyevdir” – GÖVHƏR BAXŞƏLİYEVA – FOTOLAR

“Azərbaycanın hər yerində, hər bir bölgəsində olduğu kimi, təmsilçisi olduğum Bərdə rayonunda da seçkilərlə bağlı rayon ictimaiyyətində, seçicilərdə yüksək əhval-ruhiyyə var”.

Bunu Etikxeber.az-a açıqlamasında Bərdə rayonundan millət vəkili olan akademik, AMEN-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva deyib.

IMG-20180406-WA0027 (1)

IMG-20180406-WA0012

IMG-20180406-WA0015

IMG-20180406-WA0029

IMG_5936

IMG_5939

IMG_6006

O, qeyd edib ki, Bərdə sakinləri, Bərdə seçiciləri də qarşıdan gələn 11 aprel seçkilərində prezidentliyə namizəd, Azəırbaycan prezidenti İlham Əliyevə səs verəcəklərini, onu dəstəkləyəcəklərini bildirirlər.

“Bərdəlilərin də birmənalı seçimi cənab İlham Əliyevdir” –deyən, G. Baxşəliyevanın sözlərinə, prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Bərdənin Mədəniyyət sarayında rayonun qadın ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib:

“Demək olar ki, hər gün iki görüş keçirilir. Zirvə mitinqi isə sabah- ayın 7-də Bərdənin özündə, açıq havada, musiqiçilərin, sənətçilərin və bir çox qonaqların iştirakı ilə keçiriləcək.

Bir daha qeyd etmək istəyirəm ki, prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə keçirilən görüşlərdə insanlarda yüksək seçki əhval-ruhiyyəsi hiss edilir. Seçicilər birmənalı şəkildə möhtərəm Prezidentimiz İlham Əliyevi dəstəklədiklərini bildirir, Onun rəhbərliyi ilə həyata keçirilən siyasətin inkişafa, yüksəlişə və tərəqqiyə xidmət etdiyini vurğulayırlar.

Görünən odur ki, Azərbaycan xalqının seçimi birmənalı şəkildə cənab İlham Əliyevdir. Ümumiyyətlə, ölkəmizin gələcək inkişafı və inamlı sabahı üçün 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməliyik. Cənab İlham Əliyevə səs verməklə biz Azərbaycanın uğurlu gələcəyinə səs vermiş oluruq”.

Etikxeber.az

Read Previous

25 ildir ki, parlamentdəyəm və başımın üstündə də Quran var – HADİ RƏCƏBLİ

Read Next

Siyasi müstəqilliyin dəstəklənməsi aktual və vacib məsələdir – MƏMMƏDYAROV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir