“Seçki dövründə şənbə-bazar, bayram günləri anlayışı yoxdur…” – AKİF QURBANOV

1. Seçkilərə nə zaman start verilir?

Parlament seçkilərinə start Prezidentin sərəncamı dərc olunan kimi verilir.

Hətta, Mərkəzi Seçki Komissiyası (MSK)  da təqvim planını dərc edib.

Qanunda ən azı 60 gün qalmış başlamalıdır deyilir, yəni 65 gün qalmış da başlaya bilər.

Artıq namizədlər Dairə Seçki Komissiyalarına (DSK-lara) müraciət edə bilər.

Sosial şəbəkədə qeyd olun “21 dekabr – 10 yanvar arası sənədlər təqdim edilməlidir” ifadəsi düzgün işlədilməyib.

Həmin dövr (seçkilərə 50-30 gün qalmış) artıq imza toplayıb başa çatdıran şəxslərə aiddir.

Yəni, namizədliyin qeydə alınması üçün imza vərəqələri və digər sənədlər DSK-ya yalnız həmin dövrdə təqdim ediə bilər.

2. Seçki zamanı iş vaxtı necə olur?

Seçki dövründə şənbə-bazar, bayram günləri anlayışı yoxdur.

Yəni, bütün seçki komissiyaları hər gün saat 9̂:00-18:00 arası işləməlidir.

Buna görə onlar dövlət büdcəsindən maaş alır.

3. Yeni şəxsiyyət vəsiqəsi problem yaradır?

Seçici imzaları üçün əsas sənəd şəxsiyyət vəsiqəsidir, fərqi yoxdur köhnədir, yoxsa yeni. Yeni vəsiqədə ünvan yazılmaması, sizə problem ola bilməz. Siz orada olan bütün məlumatları yazırsınız, ünvanı isə seçicinin özündən soruşaraq qeyd edirsiniz.

Hər ehtimala da həmin ünvanın dəqiqliyinə əmin olmaq üçün www.infocenter.gov.az saytına daxil olaraq seçici siyahısına baxıb ünvanı yoxlaya bilərsiniz.

Təbii ki, MSK da bu barədə ictimaiyyətdə olan suala aydınlıq gətirməlidir.

Akif QURBANOV,

MSK-nın sabiq üzvü

Etikxeber.az

 

Read Previous

Zəlzələ – BU DƏFƏ LƏNKƏRANDA

Read Next

Aybəniz Haşımova – FİRUZƏ İBADOVADAN YAZDI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir