Seçkilərə müdaxilə cəhdlərinin olmadığını demək sadəlövhlük olardı – MSK SƏDRİ

Azərbaycanda prezident seçkilərinə müdaxilə cəhdlərinin olmadığını demək sadəlövhlük olardı.

Etikxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov RİA Novosti-yə müsahibəsində deyib.

M.Pənahov qeyd edib ki, müdaxilə cəhdlərinin olmadığını söyləmək, yumşaq desək, sadəlövhlük kimi çıxardı:

“Böyük təəssüflə təsdiq edirik ki, müdaxilə cəhdləri, arzuları müasir dünyanın reallığına çevrilib”.

MSK sədrinin sözlərinə görə, ötən illərdə belə cəhdlər uğursuzluğa düçar olub, belə ki, onların ciddi amil olan sosial bazası mövcud deyil:

“Seçkiqabağı kampaniya zamanı ciddi pozuntular qeydə alınmayıb”.

MSK sədri müsahibəsində eyni zamanda, bildirib ki, aprelin 11-i keçiriləcək prezident seçkilərində seçicilərin ənənəvi yüksək fəallığı gözlənilir.

mezi

M.Pənahov bildirib ki, cəmiyyətdə seçkilərə böyük maraq müşahidə olunur, elektorat arasında maarifləndirmə işi aparılıb.
O, əlavə edib ki, 11 partiya öz nümayəndələrini müşahidəçi kimi qeydiyyata alıb:

“Bütün bunları nəzərə alaraq fikirləşirəm ki, seçici fəallığı yüksək olacaq. Adətən, prezident seçkilərində fəallıq yüksək olur”.

M.Pənahov onu da bildirib ki, MSK 900-ə yaxın beynəlxalq və 60 mindən çox yerli müşahidəçi qeydə alıb.

KİV-lər 21 ölkədən 118 əməkdaşla təmsil olunacaq.

Qeyd edək ki, 2013-cü il prezident seçkilərində 72 faiz, 2008-ci ildə 75 faiz, 2003-cü iləd 62 faiz fəallıq qeydə alınmışdı.

Etikxeber.az

Read Previous

Aprelin 15-də keçiriləcək sınaq imtahanına qeydiyyat yekunlaşır – DİM

Read Next

Zahid Oruc təəssüf ki, kütlə üçün “yaddır” – TANINMIŞ JURNALİSTİN BAXIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir