Seçkilərlə əlaqədar səsvermə başlandı…

Aprelin 11-də yerli vaxtla səhər 08:00-da Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycanın bu ölkədəki səfirliyində yaradılmış seçki məntəqəsində Azərbaycan pezidentinin seçkilərinə start verilib.

Etikxeber.az-ın xəbərinə görə, səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır.

Məntəqə lazımi əyani vəsaitlərlərlə təmin edilib, burada səs verəcək seçicilərin siyahısı tərtib olunub, məntəqə seçki komissiyasının bir neçə dəfə iclası keçirilib.

Konsulluq şöbəsində qeydiyyatında olan 620-ə yaxın Azərbaycan vətəndaşı seçkilər barədə məlumatlandırılıb.

Etikxeber.az

Read Previous

Azərbaycanda prezident seçkiləridir – BU GÜN

Read Next

“Mi-8” helikopterinin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb – RUSİYADA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir