Seçkilərlə bağlı daha bir dövlət başçısından-TƏBRİK GƏLDİ

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

Etikxeber.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə sabitlik və demokratiya şəraitində keçirilmiş seçkilərdə Sizin rəhbərlik etdiyiniz Yeni Azərbaycan Partiyasının qazandığı qələbə münasibətilə səmimi təbriklərimi qəbul edin.

Əminəm ki, yeni formalaşan parlamentin məhsuldar fəaliyyəti respublika həyatının ictimai-siyasi və iqtisadi sahələrində tərəqqiyə, Azərbaycanın sürətli inkişafına, həmçinin dövlətin beynəlxalq aləmdə nüfuzunun artmasına kömək edəcək.

Şübhəsiz ki, Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlığa əsaslanan hərtərəfli və qarşılıqlı faydalı münasibətlər birgə səylərlə gələcəkdə də xalqlarımızın mənafeyi naminə möhkəmlənəcək.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, ailə səadəti və məsuliyyətli işinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və daimi inkişaf arzulayıram”.

Etikxeber.az

Read Previous

Müsavat “MSK aksiyası” ilə bağlı-BƏYANAT VERDİ

Read Next

Prezidentdən Kürdəmirlə bağlı iki-SƏRƏNCAM-YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir