Seçkilərin beynəlxalq prinsiplərə uyğun keçiriləcəyi şübhəsizdir – YUSİF BABANLI

Ölkəmizdə seçki ab-havası yüksəkdir. Seçkilərə hazırlıq isə yüksək səviyyədə həyata keçirilir.

Etikxeber.az xəbər verir ki, bunu sechki-2018.az saytına açıqlamasında professor Yusif Babanlı bildirib.

yusif baban-1

O, deyib ki, Prezident seçkiləri hər zamankı kimi bu dəfə də cəmiyyətimiz tərəfindən maraqla izlənilir: “Beynəlxalq təşkilatlar Azərbaycandakı seçkilərə hər zaman böyük maraq göstərir. Ölkəmizdə bütün seçkilər beynəlxalq müşahidəçilərin çoxluq təşkil etdiyi şəraitdə keçirilib. Bu dəfə də ölkəmizə çoxlu sayda xarici müşahidəçilərin gələcəyi gözlənilir”.

Y.Babanlı qeyd edib ki, Prezident seçkilərinə namizədlərin qeydə alınması proseduru çox sadədir: “Belə ki, müəyyənləşdirilmiş seçici imzasını toplayan ictimai-siyasi və yaxud iqtisadi statusundan asılı olmayaraq istənilən şəxs  namizədliyini irəli sürə bilər”.

“Biz demokratik ənənələrə hələ yüz il bundan əvvəl nail olmuşuq. Şərqdə ilk demokratik respublika məhz Azərbaycanda qurulub”, – deyən Y.Babanlı Azərbaycanın sosial, iqtisadi cəhətdən regionun lider dövləti olduğunu, siyasi çəki etibarilə nəinki Cənubi Qafqazın, bütün Yaxın və Orta Şərqin güclü dövlətlərindən biri səviyyəsinə çatdığını bildirib.

Y. Babanlı əlavə edib ki, ölkəmizdə çoxpartiyalılıq, fikir və söz azadlığının təmin edilməsi sahəsində mühüm işlər görülüb: “Azərbaycan insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı qanunvericilik bazasını yaradaraq beynəlxalq konvensiya və sazişlərə qoşulub. Bu baxımdan Azərbaycanda seçkilərin beynəlxalq prinsiplərə uyğun şəkildə keçiriləcəyi şübhəsizdir”.

Etikxeber.az

Read Previous

Əliyev Gürcüstanın müdafiə nazirini qəbul etdi – FOTO – YENİLƏNİB

Read Next

Türk ordusu Afrinin mərkəzinə çatdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir