Seçkilərin qalibi yenə Merkel oldu – YEKUN NƏTİCƏLƏR

Almaniyada keçirilən son parlament seçkilərində kansler Angela Merkelin başçılıq etdiyi alyans qalib qalıb gəlib.

Etikxeber.az  xəbər verir ki, bu barədə Almaniya MSK-nın məlumatında bildirilir.

Bülletenlərin 100 faizinin hesablanmasından sonra hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı 33% səs toplayıb. İkinci yerdə Sosial-Demokrat  (20,5%), üçüncü isə Almaniya üçün Alternativ Partiyasıdır – 12,6%.

Beş faizlik seçki baryerini keçən Azad Demokratik Partiya (10,7%) ,  Sol Partiya (9,2%) və Yaşıllar Partiyası (8,9%) Bundestaqda təmsil olunacaqlar.

Onu da qeyd edək ki, Sosialist Demokrat Partiyası 1949-cu ildən bəri ən aşağı nəticə göstərib. Miqrantlara qarşı sərt mövqeyi ilə seçilən sağçı Almaniya üçün Alternativ Partiyası isə tarixində ən yüksək göstəriciyə nail olub. Almaniya qanunveriliciyinə əsasən, yeni formalaşacaq parlament ölkə kanslerini seçəcək.

Etikxeber.az

 

Read Previous

“Prezidentimizin çıxışı təcavüzkar Ermənistana ağır və sarcıdıcı zərbə oldu” – MİLLƏT VƏKİLİ

Read Next

30-dan çox adamı öldürərək yeyən ər-arvad tutuldu – RUSIYADA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir