“Hər birinizi seçkidə aktiv iştirak etməyə səsləyirəm…” – VÜQAR BAYRAMOV – FOTOLAR

Beyləqanda məskunlaşan məcburi köçkünlər Vüqar Bayramovu böyük sevgi ilə qarşılayıb

84 saylı Füzuli şeçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov növbəti görüşünü yanvar 24-də Beyləqan rayonunda məskunlaşan məcburi köçkünlərlə keçirib.

Etikxeber.az-ın xəbərinə görə, Vüqar Bayramov görüş iştirakçılarına fəaliyyət planını, görəcəyi işləri açıqlayıb:

“Fəaliyyət planım həm məcburi köçkünlərin, həm də sosial müdafiəyə ehtiyacı olan digər təbəqələrin sosial müdafiəsinin güclənməsinə və iqtisadi inkişafına xidmət edir. Dəstəyinizlə parlamentdə təmsil olunacağım halda Sizin qarşınızda hesabatlı olacağam, ayda ən azı bir dəfə görüşünüzə gələcəyəm. Bugünkü görüşün məqsədi də sizi dinləmək, Sizinlə ünsiyyət qurmaq, rəy və təkliflərinizi eşitməkdir. Seçkinin nəticəsindən asılı olmayaraq platformamda nəzərdə tutulan məsələlərin həllinə çalışacağam. Mən həmyerlilərimin doğru seçim edəcəyinə, doğru insana, daim qürur duya biləcəyi şəxsə səs verəcəyinə inanıram. Hər birinizi seçkidə aktiv iştirak etməyə səsləyirəm”.

Görüş seçiciləri narahat edən məsələlərin müzakirəsi ilə davam edib.

Etikxeber.az

Read Previous

“Nikbindir, ümidlidir ki…” – TAHİR RZAYEV – FOTOLAR

Read Next

Qənirə Paşayeva əlimərdanlılara-MİNNƏTDARLIQ ETDİ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir