Seçkiqabağı təşviqat üçün ayrılmış müddət başa çatdı

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat üçün ayrılmış müddət başa çatıb.

Etikxeber.az xəbər verir ki, qanunvericiliyin tələbinə əsasən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır.

Xatırladaq ki, seçkiqabağı təşviqat martın 19-da başlayıb. Bu müddət ərzində namizədlər təşviqat üçün qanunda nəzərdə tutulmuş vasitələrdən istifadə ediblər.

Qeyd edək ki, MSK tərəfindən 8 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb.

Etikxeber.az

Read Previous

Ölkədə “sükut günü”dür

Read Next

Sabah gün ərzində 5 dəfə məlumat açıqlanacaq – MSK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir