“Seçkiyə getmək qərarını düzgün hesab edirəm…” – “MÜSAVAT” BAŞQANI VƏ MƏCLİS SƏDRİ SEÇKİ QƏRARINDAN DANIŞDILAR

Həyatda ən çətin məqam seçməkdir. Hər zaman dilemma qarşısında qalmaq çətin olur, amma özünə və getdiyin yola inamın varsa, mütləq doğru qərar qəbul edəçəksən. O üzdən bu gün Müsavat Partiyasının seçkiyə getmək qərarını düzgün qərar hesab edirəm.

Etikxeber.az xəbər verir ki, bunu tanınmış ziyalı, Müsavat Partiyasının Məclis sədri Nüşabə Sadıxlı deyib.

“Seçki bizə nə verəcək sualını isə belə cavablandırardım, bu bizə insanlarla ünsiyyətə (virtual yox, üz-üzə, göz-gözə)imkan yaradacaq”– deyən “Müsavat” rəsmisinin sözlərinə görə, əsas odur ki, insanları inandırmağı bacarasan, onların rəğbətini qazanasan.

“Bunu bacaranlar parlamentə buraxılıb, buraxılmadıqlarından asılı olmayaraq qalibdirlər.

“Aydın olmayanı aydınlaşdırmaq, çətin işlərin öhdəsindən böyük əzm, inadla gəlmək deməkdir” (Konfutsi).

Cəmiyyəti inandırmaq yolu bundan keçir.

“Kasıblar soyuqda bir-birilərinə söykənib necə qızdırırlarsa, cəmiyyəti meydana gətirmək üçün fərdlər də o cür bir-birinə isinişməlidir”(V.Hüqo).

İnsanların bir-birinə inamı ünsiyyətdən keçir.

Xalqın etimadını, inamını qazanmaq siyasi partiyanın fəaliyyətinin əsas hissəsidir.

Elə buna görə seçkiyə getmək doğru qərardır”-deyə, o, sözlərinə əlavə edib.

“Müsavat” başqanı Arif Hacılı isə bildirib ki, növbədənkənar seçkilərdə hamılıqla iştirak və ya bu seçkiləri bütün demokratik düşərgənin boykot etməsinə çalışdılar.

“Belə görünür ki, indiki mərhələdə bu mümkün olmayacaq.

Müsavat Partiyası yaranmış vəziyyəti nəzərə alaraq ciddi müzakirələrdən sonra seçkilərdə iştirak barədə qərar qəbul etdi.

Hədəfimiz hakimiyyətin xalqı seçki prosesindən tam kənarda saxlamaq, avtoritrizmi bir qədər də möhkəmləndirmək planına müqaviməti təşkil etmək, bu seçki kampaniyasından cəmiyyətin güclənərək çıxmasına nail olmaqdır”-deyə, A. Hacılı sonra bildirib.

Etikxeber.az

Read Previous

“Bu, xeyirxah təşəbbüsə olan ictimai dəstək və etimad idi…” – MİLLƏT VƏKİLİ

Read Next

“Daha mükəmməl, səmərəli qanunlar…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir