Sel 25 nəfərin həyatına son qoydu…

İraqda iki gündür yağan aramsız yağışların səbəb olduğu sel nəticəsində ölənlərin sayı 25-ə çatıb.

Etikxeber.az Anadolu agentliyinə istinadla xəbər verir ki, İraq Səhiyyə Nazirliyinin nümayəndəsi təkcə Vasıt vilayətində selin altı nəfərin həyatına son qoyduğunu açıqlayıb.

Aramsız yağışların bu gün də davam edəcəyi gözlənilir.

Səhiyyə Nazirliyinin ötən gün yaydığı açıqlamada Səlahəddin vilayətində 5, Zi Karda 2, Bəsrə, Meysan və Vasıt vilayətlərinin hər birində bir nəfərin həlak olduğu bildirilmişdi.

İraqın Baş naziri Adil Abdulmehdi isə açıqlamalarının birində fəlakət bölgəsinə yardımların çatdırılması, dəymiş zərərin qiymətləndirilməsi və xalqın təhlükəsizliyinin təmin olunması üçün qərargahın yaradıldığını vurğulamışdı.

Etikxeber.az

Read Previous

Seçkilərin ikinci turu beynəlxalq standartlara uyğun keçiriləcək – BAŞ NAZİRDƏN VƏD

Read Next

“Avropa İttifaqından ayrılırıq, Avropadan yox” – MEY

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir