Sel Laçının Zabux və Sus kəndlərində yaşayış sahələrinə ziyan vurub, zəruri tədbirlər görülür-İKİ QURUMUN BİRGƏ MƏLUMATI

Bir neçə gündür ki, dağlıq və dağətəyi rayonlarda yağan intensiv yağışlar nəticəsində Laçın rayonunun Zabux və Sus kəndlərində yaşayış sahələrinə ziyan dəyib. Normadan artıq yağan yağış nəticəsində kənd ətrafı dağ massivindən gələn sel suları bəzi evlərin zirzəmisinə dolub.

Etikxeber.az xəbər verir ki, bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə məlumatında bildirilib.

Qeyd edilib ki, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və aidiyyəti qurumların nümayəndələri hazırda təbii fəlakət baş vermiş ərazidədirlər.

“Baş vermiş təbii fəlakətin nəticələrinin ən qısa zamanda aradan qaldırılması məqsədilə əlaqələndirilmiş qaydada zəruri tədbirlər görülməkdədir”-deyə, məlumatda bildirilib.

Etikxeber.az

Read Previous

“Oğlumla axırıncı dəfə noyabrın 25-də danışdım, səhəri gün isə Şəhid oldu..”-Evin-ailənin tək və subay oğlu, nəşi 27 noyabr 2020-ci il tarixində Əbədiyyətə uğurlanan Biləsuvarlı İkinci Vətən Müharibəsi Şəhidi-TURAN ƏLİYEVİN ANASI TÜNZALƏ ABBASOVA…

Read Next

20 yaşının tamamında Şəhid olan Nicat Qasımzadənin anası: “Dörd ildir zəngini gözləyirəm…”, nəşi 2 ay 16 gündən sonra tapılan Gündüz Abdullayevin anası: “Axırıncı dəfə danışanda, “ana, hər şey yaxşı olacaq…”-dedi-BİLƏSUVARLI, ZƏHMƏTABADLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNDƏN İKİSİNİN ŞƏRƏFLİ VƏ KƏDƏRLİ HƏYAT HEKAYƏTİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir