Seneqallı diplomata qarşı zorakılıq faktı araşdırılır-KANADADA

Seneqal XİN Kanada polisini Ottavada fəaliyyətdə olan diplomat qadına qarşı zor tətbiqində ittiham edib.

Etikxeber.az-ın xəbərinə görə, Seneqal XİN bildirib ki, toxunulmazlığına rəğmən Kanada polisi diplomatın evinə soxularaq onu qandallayıb və güc tətbiq edib. Diplomat qadının halı pisləşdiyi üçün təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Kanada polisi isə yaydığlı açıqlamada göstərib ki, məhkəmə icraçıları qadının diplomatik statusu barədə məlumatlı olub.

Lakin qadın onlara qarşı aqressiv davranıb və polislə əməkdaşlıqdan imtina edib. Polis əməkdaşları onu sakitləşdirmək üçün müdaxilə edib.

Diplomat polis qadına sillə vurduğu üçün onun həbsinə qərar verilib.

Məsələ ilə bağlı Kanadanın Seneqaldakı səfiri XİN-ə çağırılaraq diplomata qarşı edilən hərəkət pislənilib.

Qeyd edək ki, Kanada polisi artıq seneqallı diplomata qarşı zorakılıqla bağlı təhqiqata başlayıb.

Bu barədə isə Kanada Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Etikxeber.az

Read Previous

Daha 452 yeni yoluxma-DAHA 5 ÖLÜM…

Read Next

Cəlilabad rayonu – Sabirabad kəndi: Əsgərliyinə iki gün qalmış faciəli şəkildə həyatını itirən 18 yaşlı Dünyamalı-3 MEDALLI, 3 ÖVLAD ATASI, BAŞ GİZİR-ŞƏHİD MURAD BABAYEV VƏ ALİ TƏHSİLLİ, BAŞ LEYTENANT, 1 ORDEN VƏ 5 MEDALLI, XÜSUSİ TƏYİNATLI-ŞƏHİD MUSA ƏSGƏROV… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir