Şentop Ziyafət Əsgərovu Türkiyəyə dəvət etdi…

Milli Məclis (MM)  Sədrinin birinci müavini,  parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və deputat Dilarə Cəbrayılova Türkiyədə 15 iyul – çevriliş cəhdinin qarşısının alınmasının 3-cü ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək üçün iyulun 14-də Ankaraya səfər edəcəklər.

Etikxeber.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentopun dəvəti ilə həyata keçirilən səfər zamanı nümayəndə heyətimiz 2016-cı ildə baş vermiş çevriliş cəhdinin qarşısının alınmasının ildönümü münasibəti ilə təşkil olunmuş parlamentin xüsusi iclasına qatılacaq.

Ziyafət_Əsgərov_.

Yığıncaqda bu hadisələr zamanı həlak olanların xatirəsi anılacaq,  dövlət çevrilişi cəhdinin ağır nəticələri və onların aradan qaldırılması barədə danışılacaq, həmin gün dost ölkələr tərəfindən dövlətçilik və demokratiya uğrunda mübarizədə Türkiyə xalqına verilən dəstəkdən söhbət açılacaq, bir sıra sənədlər nümayiş olunacaq.

Səfər iyulun 16-da başa çatacaq.

Etikxeber.az

Read Previous

Goranboydakı insidentlə bağlı – RƏSMİ MƏLUMAT

Read Next

Pərvin Kərimzadə Heydər Əliyevin təhsil siyasətindən yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir