6-cı çağırış MM buraxıldı, sentyabrın 1-də isə növbədənkənar parlament seçkiləri keçiriləcək-PREZİDENTİN SƏRƏNCAMI

Prezident İham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin (MM) buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncanda deyilir:

“Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli Qərarını və “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il 27 iyun tarixli Qərarını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 981‑ci maddəsinin I hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın.

2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilsin.

Etikxeber.az

Read Previous

Əliyev O’Braynı qəbul etdi-NƏLƏR MÜZAKİRƏ OLUNDU? – FOTO – YENİLƏNİB

Read Next

Şəhid analarının, Qazilərin iştirakı ilə xeyriyyəçi, hər zaman Şəhid ailələrinin yanında olan Xəyal Musayevə məxsus “RN bujiteriyalar, ətirlər” mağazasının-AÇILIŞ MƏRASİMİ OLDU… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir