Sentyabrın 6-dək dərsliklərin paylanılması nəzərdə tutulur – TƏHSİL NAZİRLİYİ

2019-2020-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb.

Təhsil Nazirliyindən Etikxeber.az-a bildiriblər ki, sentyabrın 6-dək dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur.

Şagirdlərdən və onların valideynlərindən qeyd edilən müddətə qədər müvafiq dövlət ümumtəhsil məktəbinə müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur.

Bu addım tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə və məzmunla tanış olmalarına imkan verəcək. Hər hansı səbəbdən dərsliklərlə təminatda çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir.

Şagird və valideynlərin nəzərinə o da çatdırılır ki, mövcud qaydalara görə dərsliklərdən istifadə müddəti dörd ildir və yalnız istifadə müddətini başa vurmuş dərsliklər yeniləri ilə əvəz olunur.

2019-2020-ci tədris ilində şagirdlərin istifadəsinə veriləcək dərsliklər əsasən əvvəlki illərdə istifadə olunmuş, yalnız bir hissəsi isə 2019-cu ildə çap olunmuş dərsliklərdir.

Etikxeber.az

Read Previous

“Bu gün bir söz deyir, sabah başqa bir söz…” – DEPUTATDAN ETİRAZ

Read Next

“Buna görə dövrün sərt cəzalarını çəkmək aqibətini yaşamışdılar” – AMAŞOVDAN TƏBRİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir