Sentyabrın sonuncu günündə – HAVA NECƏ OLACAQ?

Ölkə ərazisində sentyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etikxeber.az-a verilən məlumata görə, sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 21-25° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 28-33° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gün ərzində arabir yağış yağacağı ehtimalı var. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 12-17° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti, dağlarda gecə 2-6° isti, gündüz 15-18° isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var.

Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 20-25° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti təşkil edəcək.

Etikxeber.az

Read Previous

“Bu abidələr tək xalqımızın deyil, bütün dünyanın irsi hesab edilir…” – “İÇƏRİŞƏHƏR” QORUQ İDARƏSİNİN SƏDRİ – FOTO

Read Next

“Siyasi nüfuzla yanaşı, iqtisad reytinq də artır…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir