Serbiya ilə Monteneqro arasında diplomatik skandal-SƏFİRLƏR PERSONA-NON-QARATA ELAN OLUNDULAR

Serbiyanın Monteneqrodakı səfiri Vladimir Bozoviç persona-non-qrata elan edilib və ondan ölkəni tərk etməsi tələb olunub.

Etikxeber.az “RİA Novosti”yə istinadən verdiyi xəbər verir ki, bunu Monteneqro Xarici İşlər Nazirliyi elan edib.

Hazırda 31 avqustda keçirilmiş parlament seçkilərinin nəticələrindən sonra Monteneqroda yeni Nazirlər Kabinetinin formalaşması gözlənilir. Xarici İşlər Nazirliyi o zamana qədər Serbiya və Rusiyaya qarşı sərt çıxışları ilə tanınan nazir Srdjan Darmanoviçin rəhbərliyi altında fəaliyyətini davam etdirəcək.

“Monteneqronun daxili işlərinə uzun və ardıcıl müdaxilədən, diplomatik funksiyaların yerinə yetirilməsi üçün adi və qəbul edilmiş standartlara uyğun olmayan davranış və açıqlamalardan sonra, çoxsaylı şifahi və yazılı xəbərdarlıqlardan sonra dünən səfir Bojoviç 1918-ci ildə Podqoritsa şəhərindəki qeyri-leqal və qanunsuz Skupşinanı (Serbiya ilə birliyə səs verən və serblər, xorvatlar və slovenlərin krallığının yaradılmasını elan edən qeyri-qanuni parlament) Monteneqro xalqının “azadlığı” və “azad iradəsi” adlandırıb, bununla da bir daha ona birbaşa diplomatik qonaqpərvərlik göstərən dövləti alçaldıb”, – deyə Monteneqro XİN-in məlumatında qeyd olunub.

Əlavə edilib ki, “arzuolunmaz şəxs” elan edilməsi barədə nota şəxsən səfirin özünə və Serbiya Xarici İşlər Nazirliyinə göndəriləcək.

Qeyd edək ki, bundan sonra Serbiya hökuməti də eyni addımı Monteneqro səfirinə qarşı atıb. Serbiya XİN monteneqrolu səfir Tarzan Miloşeviçin ölkəni tərk etməsi üçün 72 saat vaxt verib.

Etikxeber.az

Read Previous

Vəng kəndindən videogörüntülər-YAYILDI…

Read Next

Kəlbəcər rayonunun kəndlərinin-VİDEOGÖRÜNTÜLƏRİ – FOTO-VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir