Serengil-Levendoğlu-Şensoy davasına Baykal da qarışdı və müğənni məhkəməylə hədələndi…

Tanınmış sənətçilər- müğənni və “Star” TV-də “Duymayan kalmasın” verilişinin aparıcısı Seren Seregillə ünlü oyunçu Sarp Leventoğlu və yeni-könhə sevgilisi Derya Şensoy arasında gərginlik səngimək bilmir.

Etikxeber.az-ın xəbərinə görə, belə ki, bir müddət  aparıcısı olduğu “Duymayan kalmasın” proqramında adıçəkilən cütlüyü tənqid edən Serengil daha çox Leventoğlunu hədəfi seçmiş, onu keçmiş həyat yoldaşı Birce Akalay ilə boşanmazdan əvvəl başqası eşq ilişgisinə başlamaqda ittihamlamışdı.

derya baykal

seren-serengil-sevgilisi-ve-annesini-tanistirdi-9521045_6165_m

Bu yerdə qeyd edək ki, Türkiyə mediasında  Leventoğlu ilə Şensoyun da ayrıldığı və Şensoyun da bu səbəbdən  köhnə sevgilisini qısqandırmaq üçün istirahət məkanlarından birində Serengilin sevgilisi Özay Bakırla qəsdən “poz” verdiyi bildilir.

Buna səssiz qalmayan Serengil də növbəti verişində “Şensoy Sarpı qısqandırmaq üçün mənim sevgilimi kullandı”-deyə, vurğulayıb.

Bunlar  isə  Şensoy ailəsinə bərk təsir edib və onları qəzəbləndirib.

Yəni, Şensoyun anası Derya Baykal telekanallardan birində aparıcısı olduğu verilişdən Serengilə qarşı  “atəş” açıb və “od” püskürüb.

“Kimsənin övladlarıma çox rahat şəhildə söz deməsinə imkan verə bilmərəm”-deyən Baykalın sözlərinə görə,  ana olmayan şəxs ana nə demək olduğunu da anlaya bilməz.

“Üslüb, ədəb, sayğı deyilən bir şey qalmayıbmı? Nə tez bunları unutduq?”-deyə, qeyd edən Baykal Serengili məhkəmə ilə də hədələyib.

“Bəziləri təzminat davasının, məhkəmənin “kefini” yaşayacaqlar, əmin olsunlar”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Beren Saatdan xəbər var: O, “Gazino” adlı dizidə rol ala bilər

Read Next

II İliya: “Konstitusiyalı monarxiya Gürcüstana sabitlik gətirəcək”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir