“Seriallarda Azərbaycan ailəsi…” – NUŞİRƏVAN MƏHƏRRƏMLİ

Özəl televiziya kanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi çox ciddi təhrif olunmuş formada təqdim olunur.

Etikxeber.az xəbər verir ki, bunu Azərbaycan Radiosunun yaranmasının 93 illiyinə həsr olunmuş tədbirdə Milli Teleziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

Onun sözlərinə görə,  Azərbaycan özəl televiziyalarında ailə dəyərlərinim təhrif olunmuş formada təqdim olunmasından narahat olduğunu bildirib.

“Elə təəssürat yaratmasın ki, Azərbaycanda televiziya və radio sahəsində hər şey normaldır. Özəl televiziyaların yayım siyasəti tamamilə kommersiya maraqlarına xidmət edir. Dövlət büdcəsindən maliyyələşən televiziyaların fəaliyyətində isə əsas dövlətin daxili və xarici siyasətinin təbliğatı, xalqın dəyərlərinin, Azərbaycanın ədəbi dilinin qorunub saxlanılması, inkişaf etdirilməsi və s. məsələlər dayanır. Bunlar özəl kanalların fəaliyyətində özünü ciddi göstərmir”-deyən N.Məhərrəmli özəl televiziya kanallarında baş verən nöqsanların daha çox reytinq xatirinə olduğunu vurğulayıb.

“Çox təəəssüflər olsun ki, reytinq xatirinə fəaliyyət çox ciddi səhvlərə gətirib çıxarır. Özəl telveiziya kanallarında verilişlərin bayağılığı, süniliyi Milli Televiziya və Radio Şurasının sədri kimi məni çox narahat edir”-deyə, o, sözlərinə əlavə edib (APA).

Etikxeber.az

Read Previous

“Türkmənistan Azərbaycanla siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək niyyətindədir” – GÜLŞAT MƏMMƏDOVA

Read Next

Rostovdan Bakıya gələn mikroavtobus qəzaya uğradı, 7 NƏFƏR XƏSARƏT ALDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir