“Şerif”-“Qəbələ” oyununun hakimləri müəyyənləşdi

Futbol üzrə UEFA Gənclər Liqasının Çempionlar yolu turnirinin birinci mərhələsinin cavab oyunlarına hakim təyinatları açıqlanıb. 2017/2018-ci il mövsümündə Azərbaycan Gənclər Liqasının çempionu adını qazanan “Qəbələ”nin U-19 komandasının Moldova “Şerif”i ilə səfərdəki matçının hakimləri də müəyyənləşib.

Etikxeber.az xəbər verir ki, oktyabrın 24-də Tiraspolda keçiriləcək matçı Kiprdən olan hakimlər idarə edəcəklər.

“Şerif” stadionunun kiçik arenasında təşkil olunacaq görüşün baş hakimi Timofeos Kristofi olacaq. Ona həmyerliləri Giorgos Savva və Andreas Mixailidis kömək edəcəklər. Oyunun dördüncü hakimi funksiyası moldovalı İon Orlikə tapşırılıb.

Xatırladaq ki, oktyabrın 24-də keçiriləcək “Şerif” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Komandalar arasında oktyabrın 3-də Qəbələdə keçirilən ilk görüş 1:1 hesabı ilə başa çatıb.

Etikxeber.az

Read Previous

Masal kimi və ya Azərbaycanın ikinci “Çin”i… – FOTOLAR

Read Next

UEFA Çempionlar Liqasında üçüncü tura start veriləcək – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir