Serxio Buskets “Barselona”da ən çox oyun keçirən futbolçular sırasına daxil olub

Serxio Buskets “Barselona” tarixində ən çox oyun keçirən futbolçular sırasına daxil olub.

Etikxeber.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin aktivində 406 oyun var. O, bu nəticə ilə ilk onluğu qapayır. Komandanın heyətində ilk dəfə 2008-ci ildə debüt edən S.Buskets İspaniya çempionatında 261, Çempionlar Liqasında 81 dəfə forma geyinib. İspaniyalı Kataloniya təmsilçisi ilə birgə klub səviyyəsində 24 kuboku başı üzərinə qaldırıb.

Klub tarixində ən çox forma geyinmiş futbolçu isə Xavi Hernandezdir. “El maestro”nun hesabında 767 oyun var. İkinci yerdə 607 oyunla Andres İnyesta, üçüncü pillədə isə 593 matçla Karles Puyol qərarlaşıb. “Katalon”ların heyətində 552 dəfə meydana çıxan argentinalı ulduz Lionel Messi isə siyahıda dördüncüdür.

Etikxeber.az

Read Previous

Ədliyyə Nazirliyi Quba Rayon Məhkəməsində baş vermiş hadisə ilə bağlı məlumat yaydı

Read Next

Mirzəzadədən fərqli yanaşma: “Nuray qohumları ilə atasını barışdırmaq istəyəcək…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir