Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Maştağa qəsəbə Mədəniyyət Mərkəzində şair Sevda İbrahimlinin Naxçıvan və Maştağa Şəhidlərinə həsr etdiyi “Ölməz Qəhrəmanlar” kitabının (çoxcildliyinin) təqdimat mərasimi keçirilib.
Etikxeber.az xəbər verir ki, tədbirdə Şəhid anaları, Qazilər, tanınmış ziyalılar iştirak ediblər.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, həvəskar şair, həvəskar musiqiçi, bədii qiraətçi, hərbi mütəxəssis və Vətən müharibəsi veteranı, aparıcı Cəbrayıl Qənbəroğlu və Telan Şahmar qızı Cəbiyeva tədbiri açıq elan ediblər.
Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Vətən müharibəsində qəhrəmancasına Şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İlk söz alan millət vəkili Aydın Mirzəzadə Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin müdrik siyasəti nəticəsində 44 günlük İkinci Vətən Müharibəsi zamanı 30 ilə yaxın işğalda olan torpaqlarını geri alınmasından, İgid oğullarımızın şücayətindən danışıb.
Sonra millət vəkili səbəbkarı-Sevda İbrahimlini təbrik edərək,Azərbaycanın qəhrəman oğullarına həsr etdiyi “ÖLMƏZ QƏHRƏMANLAR” çoxcildliyinin hər Şəhidə aid üz qabığı ilə nəşr olunmasını unikal hadisə kimi dəyərləndirib.
Şəhid Mili Qəhrəman Polad Həşimovun anası Səmayə Ana da tədbirdə çıxış edərək, öz fikirlərini, ürək sözlərini bölüşüb.
Maştağa Şəhidi Bəhruz Elman oğlu Əliyevin anası Qərənfil Əliyeva isə çıxışnda həm Sevda İbrahimliyə, həm də Şəhidini sevən, Şəhidinə ehtiram göstərən hər bir kəsə öz təşəkkürünü bildirib.
Tədbirdə həmçinin, “Naxçıvan Qazilər” İctimai Birliyinin üzvləri, “Şəhidlər Zirvəsi” layihəsinin rəhbəri Vaqif Şahsuvarov və Rasim Zülfüqarlı, o cümlədən, söz adamları-İbrahim Yusifoğlu, Qumru Qüdrət, Püstə Rəvan və Nəsibə İsrafilqızı, qiraətçi Bəhiyyə Nağıyeva, təhsil meneceri Babək Rəcəbli və digərləri iştirak və çıxış edilbər.
Bununla yanaşı, tədbirdə Sevda İbrahimlinin milli-hərbi vətənpərvərlik ruhunda qələmə aldığı şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib.
Sevda İbrahimli də öz növbəsində tədbirdə iştirak etdiklərinə görə hər bir kəsə dərin minnətdarlığını bildirib.
TELAN tədris mərkəzinin rəhbəri Gülnarə Cəbiyeva isə adıçəkilən mərkəzin, o cümlədən “Vətənə Sevdalılar” və “Naxçıvan Qaziləri” ictimai birlikləri adından Sevda İbrahimliyə “Dəmir Yumruq” mükafatını təqdim edib.
Şair Nəsibə İsrafilqızı da Qırğızıstanın “TURAN” birliyi mükafatını Sevda İbrahimli və TELAN tədris mərkəzinin rəhbəri Gülnarə Cəbiyevaya, eləcə də TELAN TƏDRİS mərkəzinin baş psixoloqu Fazilə Camalovaya təqdim edib.
Həmçinin, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin l vitse-prezidenti Ruhiyyə Poladova və DAMM-nin Ekspertlər Şurasının sədri, AJB-nin üzvü Nəzakət Əhmədova Sevda İbrahimlini “ÖLMƏZ QƏHRƏMANLAR” kitabına və Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə Fəxri Fəxrmanla təltif ediblər.
Tədbirin sonunda isə xatirə fotoları çəkdirilib.
Etikxeber.az