“Sevilya”-“Qarabağ” oyununu İsveçdən olan hakimlər idarə edəcək

Noyabrın 28-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin beşinci turu çərçivəsində keçiriləcək “Sevilya” (İspaniya) – “Qarabağ” matçının hakim təyinatları açıqlanıb.

Etikxeber.az  xəbər verir ki, qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb.

Oyunun baş hakim Məhəmməd Əl-Hakimi olacaq.

Sevilya şəhərindəkı “Xuan Sançes Pisxuan” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

A qrupunun digər oyununda Lüksemburqun “Düdelanj” klubu öz meydanında Kiprin APOEL komandasını qəbul edəcək.

Dörd turdan sonra aktivində 12 xal olan “Sevilya” turnir cədvəlində birinci pillədə qərarlaşıb. Aktivlərində dörd xal olan APOEL və “Qarabağ” ikinci və üçüncü yerləri bölüşürlər.

“Düdelanj” isə üç xalla sonuncu – dördüncü yerdə qərarlaşıb.

Etikxeber.az

Read Previous

Təhsilə ayrılan vəsait yetərincədirmi? – BAXIŞ

Read Next

Büdcə müzakirələri yekunlaşdırılır – NOYABRIN 29-DA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir