Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Millət vəkili, Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva 28 yanvar tarixində Avropa Şurası Parlament Assambleyasında (AŞPA) media azadlığına dair müzakirələrdə iştrak edib.
Etikxeber.az-ın xəbərinə görə, bu barədə millət vəkilinin özü məlumat verib.
O, bunları qeyd edib:
“Azad media nədir?Bu gün medianın rolu və əhəmiyyəti çox böyükdür. Bu, səhvləri tənqid edən və qanun pozuntularının qarşısını alan bir resurs olmaqla yanaşı, eyni zamanda fikirlərin inkişafına, cəmiyyətin inkişafına da töhfə verir. Tarix boyu bəşəriyyət sərbəst bir müzakirənin olduğu, fikirlərin yoxlandığı və mübahisə edildiyi zaman ən sürətli tərəqqiyə nail olub.
Nelson Mandelanın sözlərini yada salaq:
“Mediya, özümüzü başqalarının tanıdığı kimi görə biləcəyimiz bir aynadır: bütün qüsurlarımız, çatışmazlıqlarımız və digərləri ilə … Bu cür tənqid inkişafımıza töhfə verməlidir. Necə hərəkətlərimizdən və hərəkətsizliyimizdən insanların bizdən gözlədiklərinə uyğun olmayan şeylərə diqqət çəkir”.
Müasir jurnalistika sosial şəbəkələr, sosial media ilə sıx bağlıdır. Hər bir vətəndaş informasiya daşıyıcısı olur. Bloggerlərin sayının artmasına səbəb olur. Onların fəaliyyəti isə öz növbəsində cəmiyyətin mövgeyinin formalaşmasına təsir edir.
Bunu da unutmamalıyıq ki, hər bir vətəndaş hansı sahədə fəaliyyət göstərməyindən aslıolmayaraq qanun qarşısında eyni məsuliyyəti daşıyır. Söz azadlığına sığınaraq, vətəndaşlar- jurnalistlər və ya bloggerlər qanunazidd hərəkət və fəaliyyət göstərə bilməz!
Medianın cəmiyyətin və dövlətin inkişafında rolu da böyükdür. Bu gün Azərbaycanda sürətli islahatlar aparılır. Hər bir sahədə şəffaflığın təmin edilməsi üçün, ölkə başçısı daima həm media nümayəndələrini, həm də hər bir vətəndaşı ictimayi nəzarətin həyata keçirilməsində fəal iştirak etməyə çağırır”.
Etikxeber.az