Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İyunun 25-də AŞPA-nın yay sessiyası çərçivəsində qurumun Sosial, səhiyyə və davamlı inkişaf məsələləri üzrə komitəsinin iclası keçirilib.
Etikxeber.az xəbər verir ki, komitə iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın “Autizm xəstələrinə və onların ailələrinə dəstək vermək” adlı məruzəsi dinlənilib.
Məruzənin məqsədi üzv dövlətlərin diqqətini bu məsələyə cəlb etmək, autizm sindromlu insanların cəmiyyətdə üzləşdikləri çətinlikləri və onların həlli yollarını müəyyən etmək, eyni zamanda, bəzi ölkələrdə insanları autist xəstələrlə bağlı maarifləndirməkdir. Məruzə belə xəstələrə, onların cəmiyyətə inteqrasiyasına, ailələrinə dəstək verilməsi ilə bağlı məlumatları əks etdirir. Bu sahədə üzv dövlətlərin öz strategiyalarını müəyyən etməsi, onun milli qanunvericiliyə daxil edilməsi təklifləri irəli sürülüb.
Azərbaycanlı deputatın məruzəsi qəbul edilib.
Etikxeber.az