Sevinc Vaqifqızı: “Tələb etdim ki, evə çağırış vərəqi göndərsinlər…”

“Anam və atamı Binəqədi rayon 6-cı polis bölməsini çağırıblar. Bu gün anama yaxınlaşan sahə müvəkkili Cəlil Abbasov deyib ki, yoldaşınızla bölməyə gəlin. Anam Milli Şuranın 17-də baş tutan mitinqində iştirak edib. Güman edirəm, atamı da ona görə çağırırlar ki, anam bölməyə tək getməsin”.

Etikxeber.az xəbər verir ki, bunu jurnalist Sevinc Vaqifqızı öz “Facebook” statusunda yazıb.

“Sahə müvəkkilindən soruşdum ki, anamı mitinqə getdiyinə görə çağırırsınız, inkar etmədi. Dedi, bölməyə gəlsin, danışacağıq. Tələb etdim ki, evə çağırış vərəqi göndərsinlər, yalnız bu halda bölməyə gələ bilərik. O da dedi ki,canlı gəlib deyib vərəqə nə ehtiyac var. Mən yenə təkid etdim, dedi ki, o zaman bölmənin işçiləri bizə qonaq gələcəklər. Dedim, axşam evdəyəm, gələrsiniz“-deyə, o, daha sonra yazıb.

Etikxeber.az

Read Previous

Jurnalistlərə xüsusi gödəkçələr paylanıb-“Baş redaktorlara səslənirəm…”

Read Next

“Bu, Forstun ekspert kimi səriştəliliyini ciddi şübhə altına qoyur”-ƏLİ HƏSƏNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir