Seyidovu Abbasov əvəzləyəcək…

Bakı şəhərinə yeni prokuror təyin edilib.

Etikxeber.az-ın məlumatına görə, bununla bağlı Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini İlqar Abbasov tutduğu vəzifədən azad edilərək Bakı şəhər prokuroru təyin edilib.

İ. Abbasov bu gün Bakı şəhər Prokurorluğunun kollektivinə təqdim olunacaq.

Qeyd edək ki, Bakı şəhər prokuroru olmuş Əziz Seyidovun səlahiyyət müddəti başa çatıb.

Aprelin 25-də Ə. Seyidov Milli Məclisin qəbul etdiyi qərarla Ali Məhkəmənin hakimi seçilib.

Etikxeber.az

Read Previous

Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirini qəbul etdi – FOTO

Read Next

Azərbaycanda bu gün 3577 Çernobıl əlili qeydiyyatdadır – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir