Seymə altı siyasi partiyanın nümayəndələri seçilib

Litva Seyminə (parlament) altı siyasi partiyanın nümayəndələri seçilib.

Etikxeber.az KİV-lərə istinadən xəbər verir ki, bazar günündə keçirilmiş parlament seçkilərinin ilkin nəticələri barədə məlumatı jurnalistlərə Mərkəzi Seçki Komissiyasının sədri Zenonas Vayqauskas çatdırıb. O deyib: “Altı siyasi partiya öz nümayəndələrini parlamentə partiya siyahıları üzrə çoxmandatlı dairədə keçiriblər”.

Komissiya sədrinin sözlərinə görə, səslərin hələ ki 2 faizi sayılmayıb.

“Onlar bu altı partiyanın yerləşdirilməsində dəyişiklik edə bilər, lakin prinsipial vəziyyət, çox güman ki, dəyişməyəcək”- deyə, Z.Vayqauskas bildirib.

Birinci yerdə “Litva kəndlilər və “yaşıllar” ittifaqı” partiyası (səslərin 21,7 faizi və ya parlamentdə 141 mandatdan 20-si) dayanır. “Vətən İttifaqı – Litva Xristian Demokratları” (21,6 faiz, 19 mandat) ikinci, Sosial-Demokrat Partiyası (14, 4 faiz və ya 13 mandat) üçüncü yerdə dayanır. Parlamentə Liberallar Hərəkatı, “Litva Polyakları Seçki Aksiyası – Xristian Ailələri İttifaqı” və “Asayiş və ədalət” partiyalarının nümayəndələri də seçilib.

Oktyabrın 23-də ikinci tur keçiriləcək və birmandatlı dairələrdə parlamentarilər seçiləcək.

Litva parlamenti 141 deputatdan ibarətdir və ümumi gizli səsvermə yolu ilə qarışıq sistem üzrə – 71 deputat majoritar sistem üzrə birmandatlı dairədə, 70-i partiya siyahıları üzrə seçilir.

Oktyabrın 30-da Mərkəzi Seçki Komissiyası seçkilərin rəsmi yekunlarını elan edəcək.

Etikxeber.az

Read Previous

Kılıcdaroğlu həbs olunacaq?

Read Next

Basketbolçu Mars planetinə səfir təyin olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir