Şeyxülislam Rusiyada bir sıra tədbirlərdə iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 19-da Rusiya Federasiyasının Stavropol diyarına səfər edəcək.

QMİ-nin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, səfərin məqsədi Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevin sədri olduğu Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzinin Pyatiqorsk şəhərində keçiriləcək növbəti sədr seçkilərində iştirak etməkdir.

Şeyxülislam A.Paşazadə, həmçinin Pyatiqorskda keçiriləcək İslam həmrəyliyinə həsr olunmuş konfransda iştirak edəcək.

Səfər çərçivəsində A.Paşazadə sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə toplantı keçirəcək.

Etikxeber.az

Read Previous

Əliyev: Bundan sonra da səmərəli əməkdaşlıq həyata keçiriləcək – FOTO – YENİLƏNİB

Read Next

Azərbaycan hərbi məhsul ixracı sahəsində yeni addım atan ölkələrdəndir – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir