Si Cinpin yenidən Çin Kommunist Partiyasının baş katibi seçildi

 Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Komitəsinin ilk plenumu keçirilib.

Etikxeber.az xəbər verir ki, plenumda təşkilatı məsələlərə baxılıb, partiya Mərkəzi Komitəsinin Siyasi Bürosunun, Siyasi Büronun Daimi Komitəsinin, habelə Mərkəzi İntizam Komissiyasının yeni tərkibi müəyyən olub. Çin Xalq Respublikasının Sədri Si Cinpin yenidən ÇKP-nın baş katibi, həm də Siyasi Büronun Daimi Komitəsinin üzvü seçilib. Bundan başqa, Dövlət Şurasının sədri (Baş nazir) Li Keçyan da Siyasi Büronun Daimi Komitəsinin 7 nəfərlik üzvündən biri seçilib.

Qeyd edək ki, oktyabrın 24-də başa çatan ÇKP-nın 19-cu qurultayında partiyanın Mərkəzi Komitəsinin əsas və ehtiyat tərkibi formalaşmışdı.

Etikxeber.az

Read Previous

QƏZZAFİNİN UKRAYNA PAYIZI – Firuz Mustafa

Read Next

Ərdoğanın rəqibi – AKŞƏNƏRİN “İYİ” PARTİYASI ELAN OLUNDU – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir