Sığorta məsələləri ilə bağlı-İCTİMAİ DİNLƏMƏ TƏŞKİL EDİLƏCƏK

İcbari tibbi, eləcə də sosial sığorta ilə bağlı qanunvericliyinin icra vəziyyəti və təkmilləşdirilməsi ilə bağlı ictimai dinləmənin keçirilməsi nəzərdə tutulur.

Etikxeber.az xəbər verir ki, bu haqda Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Qeyd edib ki, ictimai dinləmənin xüsusi karantin rejimi başa çatdıqdan sonra, yaz sessiyası çərçivəsində keçirilməsi planlaşdırılır.

O, dinləmədə komitə üzvləri yanaşı, adidiyyatı dövlət qurumlarının, ekspertlərin, mütəxəssislərinin də iştirakının nəzərdə tutulduğunu bildirib.

Əlavə edib ki, dinləmənin yekunu olaraq, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində addımlar atılacaq və növbəti payız sessiyasında qanunvericiliyə yenidən baxılması məsələsi müzakirəyə çıxarılacaq.

Etikxeber.az

Read Previous

“Arxayınlaşmamalı, deyilənlərə əməl və riayət etməliyik”-TURAL GƏNCƏLİYEV

Read Next

“İqtisadiyyatdakı məhdudiyyətlər aradan qaldırılmasa, “qara qızıla” tələb yenidən azalacaq”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir