Sikayətçinin yazılı müraciəti ilə yoxlamanın baxılma müddəti 30 günədək uzadılır – DƏYİŞİKLİK – YENİLƏNİB

Milli Məclisin (MM) 2019-cu il yaz sessiyası çərçivəsində mayın 30-da növbəti plenar iclası öz işinə başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, ümumiyyətlə, mayın 30-u və 31-də keçirilməsi nəzərdə tutulan ikigünlük iclasların gündəliyinə ümumilikdə 26 məsələ daxil edilib.

İclasda ilk öncə “İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb.

Konstitusiya qanunlarına ediləcək dəyişikliklərlə bağlı məlumat verən MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliklər uyğunlaşdırma xarakterlidir.

Belə ki, edilən uyğunlaşdırmaya əsasən, şikayətçinin yazılı müraciəti ilə əlavə yoxlama aparmaq lazım gəldiyi halda baxılma müddəti 30 günədək uzadılır.

***

Deputatdan Ombudsmana qınaq

“İndiyə qədər Ombudsmanın təklifi ilə Milli Məclisdə hansısa qanunun qəbul edildiyini xatırlamıram”.

Bunu isə qanun layihəsi ilə bağlı müzakirələr zamanı  millət vəkili Qüdrət Həsənquliyev bildirib.

“Ombudsmanın təklifini öncə Ali Məhkəməyə təqdim etməsi, Ali Məhkəmə məqbul sayarsa, Ombudsmanın qanunvericilik təşəbbüsü ilə çıxış edərək, Milli Məclisə layihə təqdim etməsi məqbul olardı. Bununla bağlı qanunvericiliyə dəyişiklik edilsə, daha yaxşı olardı”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Spiker Oqtay Əsədov da öz növbəsində  ombudsmanla bağlı qanunun birinci oxunuşda müzakirəyə çıxarıldığını, bu səbəbdən də, təkliflərin növbəti oxunuşlar zamanı verilə və nəzərə alına biləcəyini xatırladıb.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Parlamentdə “səlahiyyət” və “nizam-intizam” dartışması…

Read Next

“Şükürlər olsun, Avroliqanın final oyunu yüksək səviyyədə keçirildi” – SPİKER

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir