“Bu haqda danışmaq yersizdir…” – ASLANOVADAN VƏ BDU-DAN TƏKZİB… – YENİLƏNİB

Haqqımda yazılan məlumatlar yanlış, təhrif olunmuş məlumatlardır. Mənim heç bir polis idarəsinə müraciətim olmayıb. Bunun da haradan qaynaqlandığını bilmirəm. Birmənalı olaraq söyləmk istəyirəm ki, belə bir müraciət yoxdur.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında keçmiş millət vəkili, parlamentin İnsan hüquqları komitəsinin sabiq sədri, BDU-nun fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor  Rəbiyyət Aslanova kafedrasının bir əməkdaşının universitetin hüquqşünası Tamilla Çələbiyevanı şikayət etməsi ilə bağlı danışarkən bildirib.

Sabiq komitə sədri bildirib ki, universitetdə baş verdiyi deyilən hadisə ilə əlaqədar universitetin mətbuat xidməti də məlumat verəcək.

Onun sözlərinə görə, eyni zamanda, T. Çələbiyevanın iddia etdiyi kimi, kafedranın laborantı haqqında heç bir şikayət xarakterli məktub nə universitet rəhbərliyinə, nə dekanlığa, nə də kafedraya şikayət daxil olmayıb.

rabiyyat-1

“Universitetə belə bir sənəd daxil olmuş olsaydı, rəhbərlik onu fakültə dekanına, dekan isə mənə göndərməli idi.

Belə bir şikayət məktubu olmadığı üçün, bu haqda danışmaq da yersizdir.

Ancaq biz belə bir sənədin olmadığı üçün heç bir söz deyə bilmərik”-deyə, R. Aslanova sözlərinə əlavə edib.

Rabiyyat_Aslanova

Qeyd edək ki, BDU-nun fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri R. Aslanovanın universitetin hüquqşünası T. Çələbiyevadan polisə şikayət etdiyi barədə məlumat yayılmışdı.

İddia edilirdi ki, universitet rəhbərliyinə müraciət etmək istəyən bir tələbənin valideynləri ilə görüşən hüquqşünasla R.Aslanova arasında narazılıq yaranıb.

Qeyd edək ki, R. Aslanova 1951-ci il iyulun 4-də Kəlbəcər şəhərində anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra 1973-1976-cı illərdə universitetin aspiranturasında oxuyub, 1977-1978-ci illərdə Bakı Dövlət Universitetində assistent olub. 1981-ci ildə namizədlik dissertasiyası müdafiə edib.

1988-ci ildən baş müəllim, dosent vəzifələrində çalışıb.

2004-cü ildə “İslam mədəniyyət sistemində” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Fəlsəfə elmləri doktoru, 2004-cü ildən Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının professorudur. 2009-cu ildən həmin kafedraya rəhbərlik edir.

İkinci, üçüncü çağırış və dördüncü Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilib.

ATƏT-in Parlament Assambleyasında və MDB Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvü olub.

 3 övladı var.

***

BDU_OXU

DAHA BİR TƏKZİB DƏ BDU-DAN GƏLDİ…

BDU mətbuat xidmətindən isə  Axar.az-a bildirilib ki, sözügedən məsələyə dair universitetə heç bir rəsmi müraciət daxil olmayıb.

“Bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edildiyi təqdirdə cari ilin 13 dekabr tarixində baş verdiyi bildirilən məsələ müvafiq qaydada hüquqi müstəvidə araşdırılacaq”-deyə, mətbuat xidmətindən  sonra bildirilib.

Etikxeber.az

Read Previous

“Bundan qazanan və qazanacaq yalnız dövlətlərimiz, xalqlarımızdır” – ZİYAD SƏMƏDZADƏ

Read Next

İki sabiq MTN-çi həbs olundu – CASUSLUQ ETDİKLƏRİNƏ GÖRƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir