“Şikayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azdır…” – KOMİTƏ SƏDRİ

Sentyabrın 19-da Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il payız sessiyası ilə bağlı parlamentin  Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

Etikxeber.az xəbər verir ki, komitənin sədri Hadi Rəcəbli iclası açaraq gündəlik barədə məlumat verib.

İclasda əmək və sosial siyasət komitəsinin 2017-ci il yaz sessiyasının yekunları dinlənilib və 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı barədə müzakirələr aparılıb.

H.Rəcəbli bildirib ki, 2017-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitənin 11 iclası keçirilib:

“Həmin iclaslarda 23 məsələ müzakirə olunub, 15 qanun layihəsi Milli Məclisə tövsiyə edilib. Həmin dövr ərzində komitəyə 573 sənəd, o cümlədən vətəndaşlardan 489 ərizə, nazirliklərdən və idarələrdən 84 sənəd daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə azdır. Ümumiyyətlə,  komitənin ünvanına daxil olan ərizələr əsasən sosial xarakter daşıyır”.

Deputatlar, həmçinin Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini nəzərdən keçiriblər.

Qeyd olunub ki, təklif edilən dəyişiklik texniki xarakterlidir. Bildirilib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklər “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi daşıyır.

Həmçinin qeyd olunub ki, “Əmək pensiyaları haqqında” Qanuna da dəyişiklik edilir. Təklif olunan dəyişiklik texniki xarakterlidir.

Sonra müzakirə olunan bütün məsələlər MM-in plenar iclasına tövsiyə edilib.

Etikxeber.az

Read Previous

“Azərbaycana gələn turustlərin sayı azaldılmalıdır” – MILLƏT VƏKİLİ – YENİLƏNİB

Read Next

“Muzeylər haqqında” qanunda “elmlər namizədi” ifadəsi “fəlsəfə doktoru” ifadəsi ilə əvəzlənir – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir