“Silahlı Qüvvələrimiz torpaqlarımızın işğaldan azad olunması yolunda zəfərlər qazanacaq”-KOMİTƏ SƏDRİ

İnanırıq ki, Ali Baş Komandanının rəhbərliyi altında Silahlı Qüvvələrimiz torpaqlarımızın işğaldan azad olunması yolunda zəfərlər qazanacaq.

Etikxeber.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

“26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 102-ci ildönümü münasibətilə ordumuzun bütün şəxsi heyətini səmimi qəlbdən təbrik edir, zabit və əsgərlərimizə möhkəm cansağlığı, uzun ömür, Vətənimizə şərəfli xidmətlərində uğurlar arzulayıram. Fəxrlə deyə bilərik ki, Ulu Öndərimiz Heydər Əliyevin siyasətini layiqincə davam etdirən möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin böyük diqqət və qayğısı nəticəsində ordumuz regionun ən güclü ordusuna çevrilib. İnanırıq ki, Ali Baş Komandanının rəhbərliyi altında Silahlı Qüvvələrimiz torpaqlarımızın işğaldan azad olunması yolunda zəfərlər qazanacaq”-deyə, komitə sədri əlavə edib.

Etikxeber.az

Read Previous

Pərviz Həşimli yeni Baş prokurora-MÜRACİƏT ETDİ…

Read Next

Daha 517 yoluxma-DAHA 7 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir