Silahlı Qüvvələrin genişmiqyaslı təlimləri başladı – FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, aprelin 16-da qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlər başlayıb.

Etikxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.

Təlimlər aprelin 21-dək davam edəcək.

Etikxeber.az

Read Previous

Güney Azərbaycanda sel fəlakəti: Həlak olanlardan 41-nin cəsədi tapılıb – FOTO

Read Next

Hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq – SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir