“Silk Way West Airlines” şirkəti Çikaqo ilə birbaşa aviareys açdı

Azərbaycanın “Silk Way West Airlines” şirkəti Çikaqo ilə birbaşa aviareys açıb.
Bu barədə Etikxeber.az-a “Silk Way West Airlines” şirkətinin mətbuata xidmətindən verilib.
“Silk Way West Airlines” şirkəti Bakı və ABŞ-ın ən böyük nəqliyyat qovşağı – Çikaqo şəhəri (İllinoys ştatı) arasında birbaşa yük hava əlaqəsi açıb.
İlk reys Heydər Əliyev Beynəlxalq Hava Limanından O’Hare Beynəlxalq Hava Limanına sentyabrın 18-də yerinə yetirilib.
Cari ilin oktyabr ayından başlayaraq “Silk Way West Airlines” şirkətinin bu marşrut üzrə müntəzəm transatlantik uçuşları həftədə iki dəfə olmaqla ən müasir yük təyyarələrindən biri Boeing 747-8F Freighter təyyarəsi ilə yerinə yetiriləcək.
Beləliklə, aviaşirkət Amerika Birləşmiş Ştatlarının yük daşımaları bazarında iştirakını daha da genişləndirəcək.
Qeyd edək ki, 2016-cı il  6 aprel tarixində Azərbaycan və ABŞ hökumətləri iki ölkə arasında hava daşımaları bazarının liberallaşdırılmasına imkan verən “Open Skies” hava nəqliyyatı haqqında Saziş imzalanıb.
“Silk Way West Airlines” şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanından qitələri birləşdirən tranzit mərkəz kimi istifadə edərək dünyanın müxtəlif regionlarına –  Asiya, Avropa, Yaxın Şərq və Şimali Amerikaya müntəzəm uçuşlar yerinə yetirir. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıdıb.
Etikxeber.az

Read Previous

Deputatlar yumruq davasına çıxdılar-VIDEO

Read Next

Prezident: “Bəzi yarışlarda ədalətsiz qərarlar qəbul edilir”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir