“Şimal zonasında da karantində olan vətəndaşlarımız çoxdur…”-ELDƏNİZ SƏLİMOV GÖRÜLƏN TƏDBİRLƏRDƏN DANIŞDI

Koronavirus infeksiyası bəşəriyyət üçün qorxulu həddə çatmaqdadır. Virusa qarşı hər hansı vaksin hazırlanmadığından insanların yoluxması sürətlə baş verir. Bu gün bütün ölkə rəhbərlərinin vətəndaşlardan bir xahişi var ki, evdə otursunlar. Mən də deputat olaraq seçicilərimə elan olunan müddətə qədər evdə oturmalarını tövsiyə edirəm. Şimal zonasında da karantində olan vətəndaşlarımız çoxdur. Əsasən Rusiyadan ölkəmizə gələn insanlar həmin bölgənin məşhur otellərində yerləşdiriliblər.

Etikxeber.az xəbər verir ki, bunu 55 saylı Xaçmaz şəhər Seçki Dairəsinin deputatı Eldəniz Səlimov bildirib.

“Nabran istirahət mərkəzi karantin dövrünü keçən insanların ixtiyarına verilib. Karantində olan vətəndaşlarımızın vəziyyəti ilə hər gün maraqlanır, ehtiyacları olan məsələləri həll edirik. Bu gün daha çox insanların tibbi maskaya ehtiyacı var. Çalışırıq ki, gün ərzində minimal sayda olsa da, aptekləri tibbi maska ilə təmin edək.  Mütəmadi olaraq Xaçmaz rayon İcra Hakimiyyəti ilə də əlaqə saxlayır, insanların ehtiyacı olan digər problemləri həll edirik”-deyə, o, sözlərinə əlavə edib.

14:20, 3 aprel

Etikxeber.az

Read Previous

“Nizaminin “Leyli və Məcnun” ilə Füzulinin eyni adlı əsərlərinin üslub və ideya fərqlərini Getenin baxış bucağından daha dəqiq anlamaq mümkündür…”-FAZİL MUSTAFA YAZDI

Read Next

Son sutkada ABŞ-da koronavirusdan ölənlərin sayı rekord həddə çatdı-1423 NƏFƏR DÜNYASINI DƏYİŞDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir