“Şimali Kipr Türk Cümhuriyyətinə dəstək bundan sonra da davam etdiriləcək”-İLHAM ƏLİYEV QƏBƏLƏDƏ TATAR VƏ ORBANI QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşüb.

Etikxeber.az xəbər verir ki, Ersin Tatar Prezident İlham Əliyevlə ölkəmizdə və beynəlxalq tədbirlər çərçivəsində görüşlərini, həmçinin Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə Toplantısında iştirakını məmnunluqla xatırladı, Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev ölkəmiz tərəfindən Şimali Kipr Türk Cümhuriyyətinə dəstəyin bundan sonra da davam etdiriləcəyini dedi.

Qonaq Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəliyə aparılması istiqamətində Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə əldə edilmiş nəticələrlə bağlı təbriklərini çatdırdı.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi qeyd edildi.

Qəbələdə keçirilən Zirvə Görüşünün TDT çərçivəsində ölkələrarası tərəfdaşlığın daha da genişlənməsində rolu vurğulandı.

Görüşdə bir sıra sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.

Macarıstanın Baş naziri Azərbaycana əvvəlki səfərlərinin, həmçinin Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşündə iştirakının önəminə toxundu.

Söhbət zamanı bu ilin mayında Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə Görüşü məmnunluqla xatırlandı.

Azərbaycanla Macarıstan arasında əlaqələrin mövcud vəziyyəti yüksək qiymətləndirildi. Bu xüsusda enerji, investisiyalar, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu.

Macar şirkətlərinin Cəbrayıl rayonunun Soltanlı kəndinin tikintisində iştirakı vurğulandı.

Etikxeber.az

Read Previous

“Bala, sən ananın ağlamağını heç zaman istəmirdin…Amma 5 ildir ki, ananı ağlar, gözləri yaşlı qoymusan…Nə balandan doydun, nə də tək balan səndən doydu…”-6 OKTYABR 2025-Cİ İL TARİXİNDƏ ANIM GÜNÜ OLAN KAPİTAN ELVİN KAZIMOVUN FƏDAYƏ KAZIMOVA – FOTOLAR – YENİLƏNİB

Read Next

“Səni itirməkdən qorxurdum bala…Qorxduğum da axırda başıma gəldi…”-İkinci Vətən Müharibəsi Şəhidlərindən Rəşad Quliyev, Sübhan Abdurahmanlı, Sübhan Məmmədli, Rəşid Həmidov, Turqut Xəlilbəyli, Hüseyn Tağıyevin Anım günlərində, Sənan Kərimovun isə Şəhadətə ucaldığı gündə-MƏZARLARI ZİYARƏT OLUNDU, ŞƏHİDLƏRİN İGİDLİYİ VƏ QƏHRƏMANLIĞINDAN SÖZ AÇILIDI… – FOTOLAR – YENİLƏNİB – (6)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir