“Şimali Kipr türklərini sahibsiz buraxmayacağıq…” – CAVUŞOĞLU

Cenevrədə hansı qərarın çıxmasınan asılı olmayaraq,  Ankara Şimali Kipr türklərini sahibsiz buraxmayacaq.
Etikxeber.az xəbər verir ki, bu fikri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu diplomatların toplantısında səsləndirib.
Onun sözlərinə görə, Kiprdə sülhün əldə edilməsi istiqamətində danışıqlar gedir və bu məslədə Ankaranın mövqeyi aydın və qətidir.
“Əgər bu gün Kiprdə  sülh və barış hökm sürürsə,  bunun qarantı Türkiyədir. Biz Kipr probleminin həlli ilə bağlı Cenevrdə aparılan danışıqlara  dəstək veririk. Düzdür, bir sıra məqamlarla bağlı narazı olduğumuz məqamlar da var, amma…”- deyə, nazir vurğulayıb.
Nazir onu da əlavə edib ki, Cenevrədə Kiprlə bağlı hansı qərarın çıxmasından asılı olmayaraq, onlar Şimali Kipr Türklərini yalnız buraxmayacaqlar:
“Biz bu qüdrətə və iradəyə sahibik. Buna kimsənin şübhəsi olmasın”.
Etikxeber.az

Read Previous

Sabahın havası: Bəzi yerlərdə çiskin olacaq, axşama doğru yağış yağacaq

Read Next

Təxirə salınan İstanbul-Bakı aviareysinin sərnişinləri başqa reyslə uçuş həyata keçirə bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir