Simeone ilin ən yaxşı klub məşqçisi seçildi

2016-cı ilin ən yaxşı klub məşqçisinin adı müəyyənləşib.

Etikxeber.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən keçirilən sorğunun qalibi Dieqo Simeone olub.

Madridin “Atletiko” klubunun argentinalı çalışdırıcısının 113 səs toplayaraq bütün həmkarlarını qabaqlaması çoxları üçün sürpriz olub. İspaniya paytaxtının digər təmsilçisi olan “Real”a Çempionlar Liqasını qazandıran Zinəddin Zidan Simeonedən cəmi beş səs geri qalıb. Üçüncü yeri “Lester”lə Premyer Liqa çempionluğunu əldə edən Klaudio Ranyeri tutub.

Etikxeber.az

Read Previous

“Azəriqaz” İsmayıllını yenə qazsız qoyacaq…

Read Next

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir