Siqaret və spirtli içkilərin qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alındı

Gömrükçülər siqaret və spirtli içkilərin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Etikxeber.az-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi “Vaz 2106” markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisindən 1000 ədəd “Marlboro” markalı siqaret, 6 ədəd 1 litrlik “Grey Goose” və 2 ədəd 1 litrlik “Chivas Regal” markalı spirtli içkilər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

“Çelsi” Jiru ilə müqaviləni yenilədi

Read Next

Bakı–Sabunçu dəmir yolu xətti üzrə gediş haqqı 50 qəpik olacaq – CAVİD QURBANOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir