“Siqaretin kötüyünü qəbirin, məzar daşının yanına tullamaq nə dərəcədə etikdir, nə qədər insanlıqdandır?” – DETUTAT – YENİLƏNİB (2)

Hadi Rəcəbli: “Bu sənəd məhz spikerimiz Oqtay müəllimin yaxından dəstəyi nəticəsində müzakirələrə çıxarıldı. Ən böyük dəstək ondan gəlidi”

İyunun 5-də Milli Məclisin (MM) Sosial siyasət və əmək, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin 3-cü oxunuşda müzakirəsi keçirilib.

hadi racabli-hadi

Etikxeber.az-ın xəbərinə görə, MM-in Əmək və sosial siyasət komitəsin sədri Hadi Rəcəbli bildirib ki, ikinci oxunuş zamanı millət vəkilləri tərəfindən səsləndirilən bütün irad və təkliflər baxılaraq, nəzərə alınıb.

O, ümumiyyətlə, adıçəkilən sənəd üzərində bir ildən artıq müddət ərzində iş aparıldığını və onun zaman-zaman təkmilləşdirildiyini dilə gətirib

“Çünki bu, çox vacib məsələdir. Cəmiyyətin bütün təbəqələrini maraqlanıran bir qanun layihəsidir. Onun hazırlanması, qəbulu da cəmiyyətin sosial sifarişindən irəli gəlib. Qeyd edim ki, bu, çox mübahisəli də bir məsələydi. Bu sənəd məhz spikerimiz Oqtay müəllimin yaxından dəstəyi nəticəsində müzakirələrə çıxarıldı. Ən böyük dəstək ondan gəlidi. Sonra digər komitələr də bu işə dəstək verdilər.Odur ki, ötən müddət ərzində bu sənəd üzərində gərgin iş aparılıb və söylənilən əksər irad və təkliflər onun təkmilləşdirilməsində nəzərə alınıb”-deyə, komitə sədri sözlərinə əlavə edib.

Komitə sədri üçüncü oxunuşda bir sıra ciddi dəyişikliklərin edildiyini də nəzərə çatdırıb.

fazil

Fazil Mustafa: “Belə bir təkmil, mükəmməl sənədə görə, Hadi müəllimə  minnətdarlığımızı bildiririk”

Müzakirələr zamanı isə millət vəkili Fazil Mustafa belə bir yüksək səviyyəli sənəd hazırlandığına görə, H. Rəcəbliyə minnətdarlığını ifadə edib:

“Çünki bu, hadisə sayıla biləcək bir sənəddir. Hər birimiz bu sənədi dəstəkləyirik. Çox mükəmməl bir sənəddir. Odur ki, belə bir təkmil, mükəmməl sənədə görə, Hadi müəllimə də minnətdarlığımızı bildiririk”.

***

melahet-1

Məlahət İbrahimqızı: “Bəzən şadlıq evlərində məclislərdə iştirak edən zaman görürük ki…”

Millət vəkili Məlahət İbrahimqızı deyib ki, belə bir qanunun qəbul olunması ilə bağlı uzun müddət idi cəmiyyətdə müzakirələr, mübahisələr gedirdi.Hətta, xaricdən ölkəmizə gələn mütəxəssislər də daim bu məsələni bizdən soruşur, maraqlanırdılar:

“İndi çox sevindirici və əlamətdar haldır ki, belə bir sənəd ərsəyə gətirilib və artıq 3-cü oxunuşun müzakirələrinə çıxarılıb”.

O, eyni zamanda bildirb ki, ancaq onu qanunun icrasında üzə çıxa biləcək bir sıra məqamlar maraqlandırır:

“Çünki hamının mədəniyyət səviyyəsi eyni deyil. Hamı eyni yüksək mədəniyyətə malik deyil. Bəzən şadlıq evlərində məclislərdə iştirak edən zaman görürük ki, yaxınlığımızda əyləşən bir insan kimsəni nəzərə almadan siqaret çəkir, insanların əhvalını, sağlmalığını korlayır. Bu baxımdan bilmək istəyirəm ki, qanunun icrasında bu məsələ necə tənzimlənəcək. Ona görə yaxşı olardı ki, bunun qarşısının alınması ilə də bağlı kiçicik bir məqam nəzərdə tutulaydı”.

 Hadi Rəcəbli də deyib ki, qanun layihəsində  nəzərdə tutulan “xüsusi ayrılmış yerlər” məsələsi məhz bu məqamı tənzimləyəcək.

qudret-hesenquliyev-99

Qüdrət Həsənquliyev: “Bəzi qruplar var ki, onlar orta məktəb şagirdlərinə siqaret paylayırlar… 

Millət vəkili Qüdrət Həsənquliyev öz növbəsində orta məktəblərdə şagirdlərin bəzən siqarət çəkməyə təşviq edilməsindən narahatlığını dilə gətirib:

“Bəzi qruplar var ki, onlar orta məktəb şagirdlərinə siqaret paylayırlar. Onlar da bir dəfə, iki dəfə çəkdikdən sonra siqaret aludəçisinə çevrilirlər. Bu, çox ciddi və narahatlıq doğuran bir məsələdir və bunun qarşısının alınması ilı bağlı kəskin addımların atılması vacibdir”

 

***

jala-yeni-jala

Jalə Əliyeva: “Qəbiristanlığa əzizini ziyarət etməyə gedirsən, qarşılaşdığın mənzərədən adamı dəhşət bürüyür, az qala adam özünə nifrət edir…”

“Mən də bu sənədi dəstəkləyirəm və hər zaman da dəstəkləmişəm. Hesab etmişəm və edirəm ki, onun qəbulu çox vacibdir. Ancaq məni ən çox narahat edən məsələ siqaretin çəkilib quratarılmasından onun kötüyünün hara gəldi atlımasıdır. Bu, məni çox narahat edir”.

Bunu parlamentin Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyeva deyib

“Bir etika, ədəb məsələsi var. Hara ayaq basırsan siqaret kötüyü çıxır. Hətta, qəbiristanlığa əzizini ziyarət etməyə gedirsən, qarşılaşdığın mənzərədən adamı dəhşət bürüyür, az qala adam özünə nifrət edir. Başa düşdük, kimsə dərdini ovundurmaq üçün siqaret çəkir, ancaq onun kötüyünü qəbirin, məzar daşının yanına tullamaq nə dərəcədə etikdir, nə qədər insanlıqdandır? Bu, çox yolverilməz haldır…”-deyə, o, sözlərinə əlavə edib.

***

ali-huseynli-1

Əli Hüseynli: “Cəmiyyətə ziyan, zərər verən məsələlər sirasında siqaret məsələsi mənim üçün ən axırda gəlir…”

MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi ilə bağlı indiyə qədərki susqunluğunun səbəbini belə açıqlayıb:

“Çünki cəmiyyətə ziyan, zərər verən məsələlər sirasında siqaret məsələsi mənim üçün ən axırda gəlir. Bundan daha zərərli, ziyanlı məsələlər var. Ancaq mən də hesab edirəm ki, belə bir sənədin qəbulu vacibdir…”

Müzakirələr davam edir.

Etikxeber.az

Read Previous

3 nömrəli xüsusi internat məktəbinin sakinləri IDEA Heyvanlara Qayğı Mərkəzində olublar – FOTO

Read Next

Siqaretin məhdudlaşdırılmasını pozanlara qarşı cəzalar müəyyənləşdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir