Şirəliyev rəqibi olan deputatı vəzifədən kənarlaşdırdı…

Nazir deputatla müqaviləni uzatmadı
Millət vəkili, Azərbaycanın tanınmış cərrahı Rəşad Mahmudov Bakı Ürək Mərkəzinin rəhbərliyindən uzaqlaşdırılıb.
Etikxeber.az xəbər verir ki, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev dünən sərəncam imzalayıb.
Xəbəri Rəşad Mahmudovun özü BakuPost-a təsdiqləyib.
rasadddd
Onun sözlərinə görə, Bakı Ürək Mərkəziylə bağladığı müqavilənin müddəti mayın 18-də bitib. Müqavilənin müddəti artırılmadığına görə onun işinə xitam verilib.
Qeyd edək ki, Milli Məclisin (MM) Səhiyyə komitəsinin üzvü olan  Rəşad Mahmudov son aylar  səhiyyə naziri vəzifəsinə iddialı şəxs kimi təqdim edilirdi.
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi” ötən ilin may ayında yaradılıb.
Mərkəzə həmin gündən Rəşad Mahmudov rəhbərlik edirdi.
Etikxeber.az

Read Previous

“Eynək taxırsa, idmandan uzaq olmalıdır” – deyə, bir şey yoxdur…” – DEPUTAT

Read Next

Daha bir əsgərimiz Şəhid oldu…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir