“Şirkət rəhbərləri bunun nəyini uğur adlandırırlar?”-POLİTOLOQDAN ETİRAZ

Prezident son çıxışında dövlət şirkətlərini sərt tənqid etdikdən, həmin şirkətlərin dövlətə ağır yük olduğunu və heç bir gəlir gətirmədiyini söylədikdən sonra adıçəkilən şirkətlərin rəhbərləri ard-arda geniş kollegiya iclasları keçirməyə başlayıblar. Keçirilən iclasların mexanizmlərinin eyni olduğunu müşahidə etdim. Dövlət şirkətinin rəhbərləri əvvəlcə rəhbəri olduğu sahələrin qazandığı uğurlarından, həyata keçirdiyi böyük layihələrdən ağız dolusu danışırlar və bununla sanki prezidentə mesaj yollayırlar ki, “axı biz az iş görməmişik”, sonra isə belə bir cümləni əlavə etmək məcburiyyətində qalırlar ki, prezident tənqidində haqlıdır və əyir-əskikləri düzətlmək lazımdır.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Birincisi, prezident son çıxışında həmin şirkətlərin uğurlarından danışmadı, nə uğur varsa, o dövlətin milyardlarla manat ianəsi hesabına reallaşıb, əvəzində həmin şirkətlər dövlətə heç bir gəlir gətirməyiblər, dövlət büdcəsini sovurmaqda davam edirlər. Şirkət rəhbərləri bunun nəyini uğur adlandırırlar?”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Bu proses özbaşına və təsadüfən baş verməyib…”-MİLLƏT VƏKİLİ

Read Next

Bakıda Serbiya Milli Təhlükəsizlik Şurasının katibi ilə-GÖRÜŞ KEÇİRİLDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir