Şirvan sakinindən silah-sursat və narkotik götürülüb

Şirvan şəhər sakinindən “TT” markalı tapança, 2 ədəd patron darağı, 9 ədəd patron və 3,394 qr heroin götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə,Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Qurbanəliyevdən “TT” markalı tapança, 2 ədəd patron darağı, 9 ədəd patron və 3,394 qram heroin götürülüb.

Etikxeber.az

Read Previous

Qadın 6 nəfərə 387 min manat pul “atıb”…

Read Next

Ağsu dolaylarında əsas yol bağlandı – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir