Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Şirvanda toy məclisində kütləvi zəhərlənmə olub.
Etikxeber.az xəbər verir ki, hadisə şəhərdəki “Yeganə” şadlıq sarayında baş verib.
Zəhərlənməyə şadlıq evindəki toy mərasimi zamanı pirotexniki vasitənin yandırılması nəticəsində tüstünün yayılması səbəb olub.
Nəticədə mərasimdə iştirak edən qonaqlardan 19 nəfər zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) Şirvanda baş vermiş kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.
FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində şadlıq sarayında toy mərasimi zamanı bir neçə nəfərin zəhərlənməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə nazirliyin Muğan Regional Mərkəzinin, Dövlət Yanğından Nəzarət Xidmətinin və Mülki Müdafiə Qoşunlarının Kimya lobaratoriyasının mütəxəssisləri və digər aidiyyəti qurumların nümayəndələri cəlb edilib.
Bunlar Hacıqabul rayon sakinləri, 1968-ci il təvəllüdlü Dostəliyeva Seyidsəkinə Miryaqub qızı, 1957-ci il təvəllüdlü Həsənova Züleyxa Ağaməmməd qızı, 1961-ci il təvəllüdlü Şıxəliyeva Fəridə Əsəd qızı, Şirvan şəhər sakinləri, 1964-cü il təvəllüdlü Süleymanova Arzu Bəhlul qızı, 1977-ci il təvəllüdlü Ağayeva Aynurə Asif qızıdır.